AZ

Sevgilisi tərəfindən döyülən Tulin Ələkbərovanın polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın şiddətə məruz qalmasında cinayət tərkibinin olmaması müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, vətəndaş Tulin Ələkbərovanın hüquqazidd hərəkətlərə məruz qalması ilə bağlı sosial şəbəkə üzərindən etdiyi müraciət ərazi polis orqanında icraata qəbul olunub.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə keçirilən müvafiq ekspertizanın nəticələri alınıb, tərəflərin ərizə və izahatları qəbul edilib. Araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmaması müəyyən edilib.

Seçilən
194
9
Mənbələr
Şərh ()
Bağla