AZ

Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Olaylar.az-a verilən məlumata görə, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər."Mercedes"-in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
53
10
Mənbələr
Şərh ()
Bağla