İsrail ordusu Qəzza zolağında Şifa xəstəxanasına basqın zamanı indiyədək təxminən 200 fələstinlinin öldürüldüyünü açıqlayıb.
7NEWS.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, ordu qüvvələri və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) tərəfindən Şifa xəstəxanası ərazisindəki "əməliyyatların" davam etdiyi bildirilib. Martın 18-dən etibarən xəstəxana və ətrafına edilən basqın nəticəsində indiyədək 200-ə yaxın fələstinlinin öldürüldüyü bildirilib.
7NEWS.az