Bakı. Trend:
SOCAR-ın "Azneft" İstehsalat Birliyində kadr dəyişikliyiolub.
Bu barədə Trend-ə SOCAR-ın mətbuat mərkəzindən bildiriblər.
Belə ki, Şahmar Hüseynov birliyin baş direktoru vəzifəsindənazad edilib və SOCAR prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Şahmar Hüseynov 2019-cu ilin dekabr ayından"Azneft" İB-nin rəhbəri vəzifəsində çalışıb.
"Azneft" İB-nin yeni baş direktoru isə "Ümid Babək ƏməliyyatŞirkəti"nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğluQurbanov təyin edilib.
Əli Qurbanov 1991-1998-ci illərdə SOCAR-da müxtəlif vəzifələrdəçalışıb. 1998-ci ildə o bp-də çalışıb, 2011-ci ildə yenidən SOCAR-aqayıdıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun