AZ

Mərkəzi Bank bu il üçün inflyasiya proqnozunu dəyişməz saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üçün inflyasiya proqnozunu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlayıb.

Fins.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir.

Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var.

Fuad Mədətov
Fins.az

Seçilən
64
7
Mənbələr
Şərh ()
Bağla