AZ

“Volvo” sonuncu dizel avtomobilini buraxıb

İsveçin avtomobil istehsalçısı “Volvo Cars” öz tarixində sonuncu dizel avtomobilini istehsal edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TT agentliyi məlumat yayıb.

Sonuncu dizel avtomobili XC90 SUV-dur. Model martın 26-da Göteborqda konveyerdən çıxıb.

“Volvo” premium elektrik avtomobillərinin istehsalına diqqət yetirmək qərarına gəlib. 2030-cu ilə qədər şirkət tamamilə avtomobil istehsalına keçməyi planlaşdırır.

“Elektrik güc aqreqatları bizim gələcəyimizdir, onlar daxili yanma mühərriklərindən üstündürlər: onlar daha az səs-küy, daha az vibrasiya, müştərilərimiz üçün daha az texniki xidmət xərcləri təklif edir və egzoz emissiyaları sıfırdır”, – deyə şirkətin baş direktoru Jim Rouen əvvəllər qeyd edib.

“Volvo “Cars 2010-cu ildən Çinin Zhejiang Geely Holdinqinə məxsusdur. Holdinq markanı “Ford Motor”dan 1,8 milyard dollara alıb.

Seçilən
74
7
Mənbələr
Şərh ()
Bağla