AZ

Azyaşlı övladıyla səkidən keçə bilməyən tanınmış jurnalist əsəbiləşdi- VİDEO

Səkilər piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Lakin paytaxtın müxtəlif küçələrində salınmış bəzi səkilər istifadəyə yararlı deyil.

Onlar adətən müxtəlif tikililər, ağaclar, işıq dirəkləri, reklam lövhələri tərəfindən zəbt olunaraq yararsızlaşır. Nəticədə səkidən keçə bilməyən piyadalar məcbur qalaraq avtomobillərin intensiv hərəkətdə olduğu yoldan istifadə edirlər. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
İşıqlandırdığımız məsələylə bağlı jurnalist Cavid Osmanov sosial şəbəkə hesabında video paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Qara Qarayev prospektində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, piyada səkisi müxtəlif obyektlər (yol nişanı, ağac, hasar) tərəfindən zəbt olunub. Səkidən istifadə edə bilməyən jurnalist nəticədə azyaşlı övladıyla birlikdə avtomobillərlə eyni yolu bölüşdüyünü bildirib. 

Nərmin

Seçilən
150
31
Mənbələr
Şərh ()
Bağla