AZ

Beynəlxalq turizm mərkəzi Naftalan turistlərin diqqətində: 3500 nəfər ziyarət edib - FOTOLAR

Naftalan şəhəri həm müalicəvi neftinə, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə il boyu turistləri özünə cəlb etməkdədir. 

 

Pravda.az xəbər verir ki, yerli və xarici turistlər bayram günlərini Beynəlxalq Turizm Mərkəzi Naftalanda qarşılamağa üstünlük veriblər.

 

Novruz bayramı münasibətilə loğman şəhərə üz tutan turistlərin sayında xeyli artım müşahidə olunub. Qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün bayram günlərində otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, milli adət-ənənəmizi özündə əks etdirən tədbirlər təşkil olunub, novruz atributları ilə hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub.

 

Naftalanda yerləşən müasir otel və istirahət mərkəzləri bayram günlərində ümumilikdə 3500 dən çox yerli və xarici turistə xidmət göstərib.

Fotoları təqdim edirik
Tarix: 27 Mart 2024, 12:40   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
3
pravda.az

4Mənbələr