AZ

Bakının mərkəz hissəsində parkinq qiymətləri KƏSKİN BAHALAŞDI - MƏBLƏĞ

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

 

Sfera.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

 

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

 

0-2 saat - 1 manat;

 

2-4 saat - 2 manat;

 

4-6 saat - 3 manat;

 

6-10 saat - 4 manat;

 

10-12 saat - 5 manat;

 

12-24 saat - 8 manat.

 

Aylıq tariflər isə belə olacaq:

 

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);

 

Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);

 

Qonşular tarifi - 50 manat (20 manat).

 

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

 

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

 

Seçilən
179
50
Mənbələr
Şərh ()
Bağla