AZ

Ardaya sürpriz təklif - Avropa nəhəngi kisənin ağzını açdı

"Real Madrid" Arda Güler üçün diqqətçəkən təklif alıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Bavariya" Ardanı transfer etmək üçün hərəkətə keçib. "Defensa Central"ın məlumatına görə, "Bavariya" Arda üçün 40 milyon avro təklif edib. "Real Madrid"in təklifə necə cavab verdiyi barədə məlumat verilməyib. Bundan əvvəl "Real"ın Ardanı icarəyə göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Arda Güler "Real Madrid"in heyətinə qoşulandan sonra 3 dəfə zədələnib. Futbolçu zədə səbəbilə 25 matçı buraxıb. Arda "Real"da ümumilikdə 7 matçda 98 dəqiqə meydanda olub və 1 qol vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
milli.az

8Mənbələr