AZ

Şvartsenegger ürəyindən dördüncü dəfə əməliyyat olundu

76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.

Axşam.az xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Zarafat edən sənətçi özünü "Arnold's Pump Club"a bənzədib.

Arnold "Əvvəlki əməliyyatdan bəzi çapıq toxuması ürək döyüntüsünü nizamsız etdi" deyə, əlavə edib.

Bir neçə ildir ki, həkimlər aktyorun sağlamlığını ciddi şəkildə izləyirlər və sonda ürək stimulyatoru quraşdırmaq qərarına gəliblər. Bildirilib ki, Arnold özünü yaxşı hiss edir. O, ötən cümə günündən ayağa qalxıb.

Qeyd edək ki, aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.

Seçilən
172
14
Mənbələr
Şərh ()
Bağla