AZ

Azərbaycan bu ölkənin qaz şəbəkəsinin qurulmasında iştirak edə bilər

Ötən gün "SP Global Ratings" beynəlxalq reytinq agentliyi bildirib ki, Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir. Bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır. Məlumata görə, Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.


Gundem.az qeyd edir ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, bu istək təzə deyil.






Onun sözlərinə görə, hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirib.


Ekspert qeyd edib ki, bunun üçün əla fürsət var:


"Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə, Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur.
 

7550 km Yunanıstan ərazisindən, 105 km isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır (Adriatik dənizdə 820 metrlik dərinliyə düşür)".

E.Əmirov əlavə edib ki, Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək, təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər:
 

"Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, lakin bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər".

Seçilən
117
8
Mənbələr
Şərh ()
Bağla