AZ

Bu gün mərhum opera müğənnisi Fatma Muxtarovanın doğum günüdür - VİDEO

Bu gün mərhum müğənni Fatma Muxtarovanın doğum günüdür.
 
Fatma Muxtarova 26 mart 1893-cü ildə cənubi Azərbaycanın Urmiya şəhərində doğulub.
 
Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçüb.
 
Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarovla ailə həyatı qurub.
 
Yeni ailə quran Sara xanım 1910-cu ildə həyat yoldaşı ilə birlikdə Saratovda məskunlaşır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyaraq pul qazanmağa başlayır. Onun ifaları o qədər sevilir ki, artıq onu Saratovda “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” olaraq tanımağa başlayırlar. Fatma bir il ərzində küçədə ifası ilə pul da qazanmağa başlayır. Və həmin dövr üçün heç də az olmayan məbləği - 1000 rublu toplayaraq ailəsinə verir.
 
Saratovun “Spravoçnı listok” qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, “ictimaiyyətdən” olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, “cənablar” və “xanımlar”la bir masaya əyləşdirirlərmiş.
 
Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, “Saratovski listok”un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir “təlim”in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşır və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edir.
 
1913-cü ildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlir. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli “Kaspi” qəzeti xəbər verir: “Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəliblər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetlərinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək”.
 
2 il Konservatoriya təhsili aldıqdan sonra o Saratovdan, Moskvaya yola düşür və burada məşhur musiqiçi Fyodr Şalyapinlə tanış olur. 1914-cü ildə Fatma Muxtarova Aleksandr Malininlə ailə həyatı qurur. Cütlüyün bu evlilikdən 1 qızları dünyaya gəlir.
 
Daha sonra F. İ. Şalyapinin vasitəsilə S. İ. Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxuyur. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında da çıxışlar edir.
 
Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyur, 1938-1953-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur, konsert proqramları ilə də çıxış edir.
 
Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi olan Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan “Qaratoxmaq qadın” operasından Polinanın partiyası, “Mazepa” operasından Lyubovun partiyası, “Çereviçki” operasından Saloxanın partiyası, “Qar qızı” operasından Baharın partiyası, “Çar gəlini” operasından Lyubaşanın partiyası, “Xovanşina” operasından Marfanın partiyası, “Faust” operasından Zibelin partiyası və bir çox başqaları qeyd oluna bilər. Yaradıcılığının zirvəsi Karmen (“Karmen”, J. Bize) partiyasıdır. Onun opera səhnəsində ilk çıxışı isə baş rolda Şalyapinin çıxış etdiyi V. Serovun “Yudif” operasında ona Oloferni partiyası our.
 
1949-cu ildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış edir. Bunlardan birincisi Jorj Bizenin “Karmen” operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov) Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin “Trubadur” operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçena partiyaları idi. 1953-cü ildə isə Fatma Muxtarova səhnə ilə vidalaşır.
 
O, 23 aprel 1940-cı ildə “Azərbaycan SSR xalq rəssamı”, 1936-cı ildə “Gürcüstan SSR əməkdar artisti” fəxri adlarına layiq görülüb. 25 fevral 1946-cı ildə “Şərəf nişanı” ordeni, “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunub.
 
Fatma xanım Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Seçilən
249
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4097
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3717
Bu yol qovşağında təmir işləri aparılacaq
3245
Bakıda hoteldə yanğın başlayıb
2777
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1891
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1735
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1574
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1556
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1521
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1360
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1315
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1225
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1212
Azərbaycan nefti ucuzlaşıb
1147
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1011
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
986
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
983
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
931
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
886