AZ

"Crocus City Hall"dakı terrora görə daha 3 nəfər həbs edildi - FOTOLAR

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə beşinci və altıncı müttəhimlər - Dilovar, İsrail və Aminçon İslamovları həbs edib.

Bakupost.az xəbər verir ki, məhkəmə qapalı keçirilib.


“Dilovar İslamov, İsrael İslamov və Aminçon İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilsin”, - məhkəmənin qərarında deyilir.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı işi üzrə təqsirləndirilən daha 3 nəfər - Aminçon, Dilovar və İsrail İslamovun həbsini tələb edib.



Seçilən
21
14
Mənbələr
Şərh ()
Bağla