AZ

ABŞ Moskvada terror törödiləcəyini əvvəlcədən Kremlə çatdırıbmış - NYT

Moskva vilayətində dinc sakinlərə hücuma görə məsuliyyəti İŞİD daşıyır. 

Qaynarinfo xəbər verir ki, "New York Times" qəzetinin adı çəkilməyən amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ mart ayında "İslam Dövləti”nin Rusiyada terror aktı planlaşdırdığına dair kəşfiyyat məlumatları toplayıb. ABŞ rəsmilərindən biri deyib ki, İŞİD üzvləri Rusiyada fəaldırlar.

ABŞ kəşfiyyat agentlikləri kəşfiyyat məlumatı toplayıb və mart ayına qədər İŞİD-in Əfqanıstan hücrəsi olan Vilayət Xorasanının Moskvada terror aktı planlaşdırdığı qənaətinə gəliblər. ABŞ-ın antiterror rəsmilərinin bildirdiyinə görə, nisbi sakitlik dövründən sonra İŞİD Avropada hücumlar planlaşdırmağa qayıdıb. Üstəlik, bu planların əksəriyyəti pozulub.

"Soufan Group" təhlükəsizlik konsaltinq şirkətinin terrorla mübarizə üzrə analitiki Kolin Klark İŞİD-in son iki ildə Rusiyaya "fiksasiya edildiyini" söyləyib və Putini təbliğatında tənqid edib. Terror qruplaşmasının tərəfdarları deyirlər ki, onun əlində müsəlmanların qanı var - Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstandakı müharibələri nəzərdə tutulur.

"The New York Times” onu da yazır ki, ABŞ martın 7-də Rusiyada törədilən terror aktları təhlükəsini təkcə açıq şəkildə deyil, həm də özəl şəkildə Rusiya rəsmilərinə çatdırıb.

ABŞ rəsmisi "CBS News"a bildirib ki, ABŞ İŞİD-in məsuliyyət iddiasını dəstəkləmək üçün kəşfiyyat məlumatlarına malikdir və buna şübhə etmək üçün heç bir əsas yoxdur.

Alpər
Seçilən
139
20
Mənbələr
Şərh ()
Bağla