AZ

Depressiyada olan qadınlarda infarkt və insult riski artır - ARAŞDIRMA

Tədqiqat göstərdi ki, depressiyadan əziyyət çəkən qadınların ürək xəstəliyi riski eyni vəziyyətdə olan kişilərə nisbətən 64% daha yüksəkdir.
Depressiya diaqnozu qoyulmuş qadınlarda ürək xəstəliyi və insult riski, həmçinin psixi sağlamlıq pozğunluğu diaqnozu qoyulmuş kişilərə nisbətən daha yüksəkdir.
 
Yaponiyanın Tokio Universitetinin tədqiqatçıları depressiya ilə ürək-damar xəstəlikləri, infarkt, insult və angina arasında əlaqəni tapmaq üçün 4,1 milyon insanın sağlamlıq məlumatlarını təhlil ediblər.
 
2005-2022-ci illəri əhatə edən məlumat bazasına görə, depressiya olan kişilərdə və qadınlarda ürək-damar xəstəlikləri riski artsa da, qadınlarda bu risk daha yüksək olub. Bu nisbət kişilərdə 39 faiz olduğu halda, qadınlarda yüzdə 64 olub.
 
Tədqiqatçılar qadınların angina pektorisi, insult və digər ürək problemlərinə də daha çox meylli olduqlarını qeyd ediblər.
 
Araşdırmaya qatılan Dr. Hidehiro Kaneko bu kəşfin psixi sağlamlıq vəziyyətinin skrininqi, qarşısının alınması və müalicəsi də daxil olmaqla depressiyadan əziyyət çəkən xəstələrin üzləşdiyi xüsusi riskləri aradan qaldıran məqsədyönlü profilaktika və müalicə strategiyalarının hazırlanmasına kömək edə biləcəyini söylədi.
 
DAİMİ DEPRESSİYA RİSKİ YÜKSƏKDİR
Tədqiqatçılar qadınların kişilərə nisbətən daha şiddətli və davamlı depressiya əlamətləri ilə qarşılaşa biləcəyini və bunun da ürək sağlamlığının pisləşməsinə səbəb ola biləcəyini irəli sürdülər.
 
Qadınların menstrual dövrü və menopoz kimi hormonal dəyişikliklər zamanı depressiyaya düşmə ehtimalı daha yüksəkdir. Qadınlar həmçinin yüksək qan təzyiqi, diabet və piylənmə kimi əsas xəstəlik risk faktorlarına daha həssasdırlar.
 
Əlavə nəticələr göstərdi ki, depressiyadan əziyyət çəkən qadınlarla müqayisədə bu xəstəliyə tutulan qadınların infarkt riski 52 faiz, anginaya tutulma riski 68 faiz, insult riski 56 faiz və ürək çatışmazlığı riski 64 faiz yüksəkdir.
 
Depressiyadan əziyyət çəkən kişilər arasında infarkt riski 16 faiz, angina riski 46 faiz, insult riski 42 faiz, ürək çatışmazlığı riski 28 faiz artıb.
 
Xəyal Ramiz

Seçilən
114
11
Mənbələr
Şərh ()
Bağla