AZ

Yollarda vəziyyət necədir?

Hazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.

Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Gücləndirilmiş iş rejimində çalışan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları müşahidə kameraları vasitəsi ilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar.

Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
90
14
Mənbələr
Şərh ()
Bağla