AZ

ünya Qarabağlı: Novruz bayramınız mübarək olsun!

İliniz xoş gəlsin,iliniz üstə,Daima bəhər gəlsin əliniz üstə,Sülh olsun,gün doğsun eliniz üstə,Novruz bayramınız mübarək olsun!******Sağlıqdı həyatda birinci duran,Sizə kömək olsun müqəddəs Quran,Olmasın yolunda nə qar,nə boran,Novruz bayramınız mübarək olsun!******Həmişə xoş olsun,sevinsin mərdlər,Namərdin nəsibi qoy olsun dərdlər,Tanrı qarşınızda qoymasın şərtlər,Novruz bayramınız mübarək olsun!******Getdiyimiz yollar deyil heç asan,Yaradan buyurur:“Pislikdən usan”Fəxr edir siz təki yaxşıyla cahan,Novruz bayramınız mübarək olsun!******Nə vaxtsa insanlar geriyə baxır,Etdiyi pisliklər insanı yaxır,Ötən hər günündən xoşluqlar axır,Novruz bayramınız mübarək olsun!******İnsanı,inasanın özündən yaxşı,Tanımır,o,pisdi,yada ki, yaxşı.Yaxşılıqlar olub,ömrün naxışı,Novruz bayramınız mübarək olsun!******Aiddir sözlərim yaxşı insana,Görmədim yaxşılar bezə,usana,Daim minnətdaram ömür yazana,Novruz bayramınız mübarək olsun!******Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin,İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
2
adalet.az

3Mənbələr