AZ

“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı

“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıblar.
 
AFFA-dan verilən məlumata görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
 
Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” - “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib.
 
Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün beş oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.
Seçilən
132
26
Mənbələr
Şərh ()
Bağla