AZ

Baydenin kampaniyası üçün 331 milyon dollardan çox ianə toplanıb

ABŞ prezidenti Baydenin komandası fevral ayında kampaniya üçün 53 milyon dollardan çox vəsait toplayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, ABŞ-də ay ərzində rekord göstəricidir.

2023-cü ilin aprel ayında seçkiqabağı kampaniya başlayandan bəri Bayden 331 milyon dollardan çox pul toplayıb.

Onun respublikaçı rəqibi, eks-prezident Donald Trampın seçkiqabağı kampaniyası hələ fevral ayı üçün ianələr barədə məlumatı dərc etməyib. Hər iki namizədin  kampaniyası martın 20-də Federal Seçki Komissiyasına daxil olan vəsait barədə məlumat verəcək.

ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
88
4
Mənbələr
Şərh ()
Bağla