AZ

Makronu "göyərçindən şahinə" çevirən səbəb nədir? - ŞOK DETALLAR

Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı açıqlamaları onun Avropada dominant ölkə statusunu bərpa etmək istəyi ilə izah olunur. Bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Yelisey Sarayındakı və Bundestaqdakı mənbələrin açıqlamalarına əsaslanaraq, nəşrin siyasi analitikləri belə qənaətə gəliblər ki, Makronun “göyərçindən şahinə” çevrilməsi təsadüfi deyil.
Müəlliflər bu dəyişikliyi daxili siyasi səbəblərlə izah edirlər ki, bunun da mənbəyi Almaniya və Fransa arasında rəqabətdir. Almaniya hakimiyyəti ölkələr arasında razılaşmanı pozub. Sözsüz razılaşmaya görə, Almaniya Avropa İttifaqında iqtisadi liderliyi, Fransa isə strateji liderliyi öz üzərinə götürüb.
"Sərhədlər indi bulanıqlaşıb və bir-birinin mülklərinə təcavüz etməyə cəhdlər edilir", - deyə nəşr vurğulayır. Politoloqlar, artıq başlanan sərt Franko-Alman duelini istisna etməyiblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
2
moderator.az

2Mənbələr