AZ

Baş prokuror paytaxtın Suraxanı rayonunda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindənvətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə vəşikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiqtədbirlər görülür.

Martın 15-də Baş prokuror Kamran Əliyev Suraxanı rayonprokurorluğunun inzibati binasında Bakı şəhərinin Suraxanı və digərbölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları vəməhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamınınmüdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və yaaidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlərverilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkrettapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılmasıvə qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdiməsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluqorqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiyatexnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işindaha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dairtəklifləri dinləyib.

Baş
Baş
Baş
Baş
Baş

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
22
Mənbələr
Şərh ()
Bağla