AZ

Tərlan Novxanı "Qarabağ" üçün mahnı bəstələyəcək? - "Sevə-sevə oxuyaram"

"Ölkəmizi Avropada uğurla təmsil edən "Qarabağ" Futbol Klubu hamımızın fəxridir". 

Bu sözləri məşhur müğənni Tərlan Novxanı Hit.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, "Qarabağ"ın UEFA Avropa Liqasında tarixi nəticələrə nail olması hər kəsi qürurlandırır:

"Onlar, qələbə qazansalar da, qazanmasalar da, Azərbaycanı təmsil edirlər. Maşallah olsun ki, ölkəmizi çox gözəl təmsil edərək, uğurlu çıxış etdilər. "Qarabağ"ın tarixi nəticələrini görürük və uğurlarına sevinirik".

Sevilən sənətçi azarkeşlərə müjdə də verib. O, "Qarabağ" üçün mahnı bəstələmək istədiyini söyləyib:

"Əgər azarkeşlər mənim də "Qarabağ" Futbol Klubuna mahnı bəstələməyimi istəsələr, bunu edərəm. Niyə də yox?! İnşallah "Qarabağ"a mahnı bəstələyərəm. Sevə-sevə də oxuyaram".

Pərviz Şimşək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
325
50
hit.az

10Mənbələr