AZ

ABŞ-ın kommersiya neft ehtiyatları altı həftəlik artımdan sonra azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 1 536 min barel artaraq 446 994 min barel təşkil edib.

Valyuta.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 900 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları altı həftəlik artımdan sonra azalıb.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
6
Mənbələr
Şərh ()
Bağla