AZ

"Sərhədçilərin “Zvartnots” hava limanından çıxarılmasına Rusiyadan mütləq cavab olacaq...”

“Bu da son nəticədə adi sakinlərin Ermənistanı tərk etmək istəyinə gətirib çıxaracaq. Və mən əminəm ki, onların köçmək istədiyi ilk ölkə Rusiya olacaq...”
 
“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması Ermənistan-Rusiya münasibətlərinin pisləşməkdə davam etməsindən xəbər verir. Bütün bunlar o deməkdir ki, Ermənistan-Rusiya münasibətləri durmadan pisləşir. Və bu, Qərblə fəal əməkdaşlıq kursunu müəyyən edən Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən başlayıb. Eyni zamanda, ilk gündən bu, aydındır ki, Paşinyanın addımları əvvəlcə Rusiya sərhədçilərini hava limanından çıxaracaq, sonra İrəvan KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxacaq, daha sonra isə Rusiya ordusunun çıxarılması məsələsi ortaya çıxacaq.Hər şey buna doğru gedirdi”.  
 
Moderator.az xəbər verir ki,  bu fikirləri  “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Avrasiya İqtisadi İttifaqının İnkişaf Problemlərinin Öyrənilməsi İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin söyləyib.
 
Alimin proqnozlarına görə, Rusiyanın cavabı böyük ehtimalla iqtisadi sahədə olacaq. 
 
"Rusiyadan mütləq cavab olacaq. Bu, çox güman ki, iqtisadiyyatla bağlı olacaq. Ermənistan üçün enerji resurslarının qiymətinin artacağını istisna etmirəm. Bu, İrəvan üçün ağrılı cavab olacaq. Məsələn, qazın qiyməti uzun müddətdir ki, dəyişməyib və  Moskva hesab edə bilər ki, “mavi yanacağın qiyməti dəyişdirilməlidir”- deyə politoloq qeyd edib.
 
Eyni zamanda, Lepexin proqnozlaşdırır ki, Moskvanın addımları Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxara bilər və bu, ilk növbədə sadə vətəndaşlara təsir edəcək. 
 
"Əvvəlcə sadə sakinlər əziyyət çəkəcək. Paşinyanın siyasətinin nəticəsini ilk onlar hiss edəcəklər. Şübhəsiz ki, vətəndaşların sosial-iqtisadi vəziyyəti daha da pisləşəcək - qazın bahalaşmasından sonra hər şey getdikcə bahalaşacaq. Bu da son nəticədə adi sakinlərin Ermənistanı tərk etmək istəyinə gətirib çıxaracaq. Və mən əminəm ki, onların köçmək istədiyi ilk ölkə Rusiya olacaq”,- deyə şərhçi vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla