AZ

Paşinyan Türkiyə ilə əlaqələrindən danışdı

Tarix: 12 Mart 2024 19:24

İrəvan Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında dialoqu, iki ölkənin xüsusi nümayəndələrinin təmasda olmasını alqışlayır.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Həmsərhəd olan iki ölkənin bir-biri ilə əlaqə saxlamaması qəribədir. Şadam ki, bu gün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri təmasdadırlar. Üstəlik, iki ölkənin xarici işlər nazirləri arasında dialoq var", - o vurğulayıb.



Milli.Az

Seçilən
179
8
Mənbələr
Şərh ()
Bağla