AZ

Vəziyyət kəskin dəyişdi - Rusiya ərazisi ələ keçirildi

“Rusiyanın Azadlığı” Legionunun döyüşçüləri Rusiyanın şəhər tipli Tyotkino qəsəbəsinə tam nəzarəti ələ keçirdilər.

Teleqraf.com xəbər verir ki, bu, Kursk vilayətində reyd zamanı baş verib.

Legionun Teleqram kanalı bildirir ki, hazırda Tiotkine tamamilə qüvvələrin nəzarəti altındadır. Mənbənin iddiasına görə, Rusiya hərbçiləri texnikalarını geridə qoyaraq mövqelərindən qaçıblar.

“Kursk vilayətinin Tyotkino qəsəbəsi tamamilə “Rusiyanın Azadlığı” qüvvələrinin nəzarəti altındadır. Putinin ordusu sürətlə kəndi tərk edir, mövqeləri və texnikalarını geridə qoyaraq tərk edirlər”, - məlumatda deyilir.

“Rusiyanın Azadlığı” Legionu, “Rusiya Könüllüləri” Korpusu və “Sibir” Batalyonu bu gün səhər saatlarında birgə əməliyyat çərçivəsində Ukraynanın Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olub.

“Rusiyanın Azadlığı” Legionunun döyüşçüləri Kurskda reyd zamanı rusların transportyorunu məhv ediblər.

İddiaya görə, Belqorod vilayətinin sərhədyanı Lozova Rudka qəsəbəsi də tamamilə bu qüvvələrin nəzarətinə keçib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
97
25
Mənbələr
Şərh ()
Bağla