AZ

Azərbaycan nefti ucuzlaşdı - Son qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,09 % azalaraq 86,32 ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 82,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


Müəllif: Teleqraf.com
Seçilən
123
49
Mənbələr
Şərh ()
Bağla