AZ

FHN maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların ərazisində yerləşən və radioloji fəaliyyətlə məşğul olan tibb, sənaye və elmi-tədqiqat müəssisələrinin ionlaşdırıcı şüalanma ilə işləyən işçiləri və metal tullantılarının qəbulu müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.

Ümumilikdə 250 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində radiasiya təhlükəsizliyinin təmin edilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, nəzarət funksiyalarının həyata keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı, sənaye, tibb, elmi-tədqiqat, metal tullantılarının qəbulu müəssisələrində spesifik sahələr üzrə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, qiymətləndirilməsi, hüquq pozuntuları və məsuliyyət məsələləri müzakirə olunub.

Tədbir zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təlim kurslarında iştirak etmiş ekspertlər – NRFTDA-nın Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Hüquq şöbəsinin müdiri Aysel Həsənova aidiyyəti mövzularda təqdimatla çıxış ediblər.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla