AZ

Bu bitki saç tökülməsini azaldır,

Gicitkən bitkisinin bir çox faydaları mövcuddur. Antioksidant və antimikrobiyal xüsusiyyətlərə malik olan bitkinin tərkibində dəmir, histamin, C vitamini, xlorofil və asetilkon var.Metbuat.az xarici mediaya istinadən gicitkənin faydalarını təqdim edir:- Tərkibində C və A vitaminləri olduğu üçün orqanizmi toksinlərdən təmizləyir.- Orqanizmdə zərərsizləşdirilən toksinlərin atılmasında böyük rol oynayır.- Böyrək, sidik kisəsi və öd kisəsində əmələ gələn qum və daşların asanlıqla çıxarılmasını təmin edir.- Böyrək daşlarının əmələ gəlməsinin də qarşısını alır.- Sidikqovucu xüsusiyyətləri sayəsində sidik kisəsini ödem və infeksiyadan qoruyur.- Onun toxumu lens sistemini stimullaşdırır; Böyrəklərdən artıq toksinləri çıxarmağa kömək edir.- Tərkibindəki yüksək C vitamini və dəmir sayəsində qırmızı qan hüceyrələrinin əmələ gəlməsini sürətləndirir.- Qanın təmizlənməsinə kömək edir, qan azlığını və xroniki yorğunluğu da aradan qaldırır.- Tərkibindəki karotenoid sayəsində göz sağlamlığını da qoruyur.- Tədqiqatlar göstərir ki, prostat xərçənginə xeyirlidir.- Ürək-damar sağlamlığının qorunmasında və sümüklərin möhkəmlənməsində mühüm rol oynayır.- O, həmçinin diş əti qanamasının və iltihabının qarşısını alır.- Bitkinin 100 qramında 80 qram su olduğu üçün sidikqovucu funksiyanı da yerinə yetirir.- Astma və saman qızdırması kimi yuxarı tənəffüs yollarının xəstəliklərini aradan qaldırır.- Saç tökülməsini azaldır.- Dəri sağlamlığı üçün də çox faydalı olan bitki sızanaq əmələ gəlməsinin qarşısını alır.- İshal və ürəkbulanmaya yaxşı təsir edən bitki artrit, revmatizm və oynaq ağrılarını da xeyli azaldır.- Bağırsaqların nizamlı işləməsinə kömək edir.
- Sidikqovucu xüsusiyyətləri ilə tanınır və maddələr mübadiləsini sürətləndirən təsir göstərir.- Ağız qoxusunu aradan qaldırır.

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
21
metbuat.az

10Mənbələr