AZ

Roza: “Elşad başını sinəmə qoymuşdu, o, mənim...” – VİDEO

Müğənni Roza Zərgərli həmkarı Elşad Qarayevlə bağlı danışıb. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, "Rəngarəng səhər" verilişində E.Qarayevi böyüyü adlandırıb, hətta ayağını belə yumağa hazır olduğunu dilə gətirib. 

"Verilişin kulisində Elşad bəy başını sinəmə qoymuşdu. O mənim böyüyüm, sevdiyim insandır. O nəinki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər. Mən onun ayağını da yuya bilərəm", - deyə Roza vurğulayıb. 

Zərgərlinin bu fikirlərinə isə Elşad Qarayev Rozanın əlindən öpərək, razılığını dilə gətirib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
701
12
yenisabah.az

10Mənbələr