AZ

Gürcüstan azərbaycanlıları İlham Əliyevi ayaq üstə alqışladılar - VİDEO

Bu gün Gürcüstanın Marneuli rayonunda Türk Ağsaqqalları Birliyi - TAİB-in təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyi çərçivəsində "Azərbaycan-Gürcüstan arsında mədəni əlaqələrin inkişafı" mövzusunda konfran keçirilib.

Musavat.com xəbər verir ki, təntənəli mərasimdə çıxış edən TAİB sədri, akademik Sudeyif İmamverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışıb.

S.İmamverdiyev konfransın keçirildiyi tarixə diqqət yönəldərək, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Tədbir iştirakçıları TAİB sədrinin təbrikinə ayaq üstə alqışlarla reaksiya veriblər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıları çıxışlarında İlham Əliyevlə fəxr etdiklərini vurğulayıb və onun rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolunda olmasına görə sevindiklərini bildiriblər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
50
musavat.com

10Mənbələr