AZ

Afaq Bəşirqızı zəng vurub onun efirdən çıxmasını tələb etdi - VİDEO

Xalq artisti Afaq Bəşirqızı “Səni axtarıram” verilişinə zəng vuraraq efirə çıxarılan qadını tənqid atəşinə tutub.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa canlı yayım zamanı birbaşa aparıcı Xoşqədəm Hidayətqızının telefonuna zəng vurub. O, şikayət üçün studiyaya gələn qadının dərhal efirdən qovulmasını tələb edib:

“Xoşqədəm, sənə fiziki güc və səbir arzulayıram. Mənim kimi səbirli adam dözə bilmədim və sənə zəng etdim. Xoşqədəm, səndən çox xahiş edirəm, qurban olum, o qadını efirdən götür. Azərbaycan xalqının qadınları, qızları Gülxanımdan tərbiyə götürə bilməz! İki gün idi studiyaya gəlirdi, üçüncü gün isə o qız restoranda idi. Bundan nə gözləyirəm?!

Mən Şabranın aidiyyəti qurumlarında işləyənlərə, oranın camaatına yaxşı bələdəm, onlar həmyerlilərimdir. Gülxanım hamını aldada bilər, amma mənə deyə bilməz ki, Şabrana niyə qayıtmır!

Gülxanım çox gözəl bilir ki, Bakı şəhərində 500 manata 3 uşaqla, özü də kirayədə qalaraq dolanmaq olmaz. Sağ olsun, kimsə ona 700 manatlıq iş verib. O qızın işini düzəltdiniz, vəsallam, indi qalsın Bakıda. Qoy getsin uşaqlarını da gətirsin, 700 manatla Bakıda o çəkmələrlə, o paltarla baş çıxartsın! Görüm nə edəcək. Hər gün bir paltarda, bir qolbaqda efirə çıxır. Ona başa salın ki, taxdığı sırğalar da hər paltarla getmir.

Xoşqədəm, səndən xahiş edirəm, artıq əsəblərimiz dözmür! Uşaqlarımızın tərbiyəsi pozulur, onsuz da pis gündəyik. Xahiş edirəm, o qızı efirdən götür, bütün əsəblərimiz tarıma çəkilib!”

Xoşqədəm Hidayətqızı isə cavabında qadının yox uşaqların yanında olduğunu, onları Bakıya gətirtmək istədiyini bildirib:

“Afaq xanım, bir halda ki, siz mənə zəng etdiniz, mən açıb deyirəm, uşaqlar atanın yanında yara töküb. Mən Gülxanımın yox, uşaqların yanındayam. İstəyirəm ki, onlar ananın yanına gəlsin, çünki atalarının yanında onlara baxan yoxdur”.

Aktrisa yenidən əsəbiləşərək ananın uşaqlara baxmayacağını iddia edib:

“Gülxanım uşaqlara baxan deyil, baxmayacaq, o ancaq özünə baxır! 15 gündür efirdədir, qaşına bir dənə tük belə çıxmayıb. O, ancaq özünü saxlayır. Sən uşaqlara baxsaydın, onlar bu qədər tezliklə yara tökməzdi!”

Sözügedən kadrları təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
492
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14015
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11173
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2555
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2272
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2168
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2119
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1595
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1165
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
765
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
718
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
673
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
670
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
620
Arda Gülər dayanmır, yenə fərqləndi -
591