TR

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və ölkənin konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması məqsədilə “Konsul leqallaşdırılması” informasiya sistemi təsis ediləcək.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, bu məsələ xidmətin “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında keçirilən iclasında müzakirə edilib.

Həmçinin görüşdə leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlərlə proqram təminatlarının yaradılması istiqamətində görülmüş işlər müzakirə edilib.

İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2022-2023-cü illərdə qrup tərəfindən həyata keçirilmiş işlər və layihələr, habelə iclasın gündəliyində olan əsas məsələlər barədə məlumat verib, ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu qeyd edib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev işçi qrupun aktiv fəaliyyət göstərdiyini və biznesin qeydiyyatı sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb, biznes sektorunun hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatlar və qanunvericilikdə gözlənilən yeniliklər barədə daha intensiv şəkildə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

Sonra "Business Ready" hesabatının “Biznesə daxilolma” indikatoru üzrə qeyd olunan tapşırıqların icra vəziyyətinin, hesabatın müvafiq indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamların müzakirəsi aparılıb. İşçi qrupun üzvü, DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. Görüşdə məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə kommunikasiya planı barədə məlumat verilib.

S. Musayeva Yol Xəritəsi çərçivəsində bir sıra layihələr üzrə nəticələrin müsbət olduğunu bildirib, xüsusən xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işlərin proqressivliyi barədə məlumat verib.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan bir sıra dəyişikliklərin ölkədə biznesin qeydiyyatı sahəsində yeniliklər gətirəcəyi bir daha vurğulanıb. 2024-cü ildə proseslərin başa çatdırılması üçün zəruri olan işlər üzrə səylərin artırılması və işçi qrup tərəfindən əlavə dəstəyin verilməsi tövsiyə edilib.

Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Seçilən
229
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
345
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
236
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
164
Bu yol qovşağında təmir işləri aparılacaq
162
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
90
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
84
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
83
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
74
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
68
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
66
Bakıda 9 otaqlı evdə yanğın baş verib
62
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
52
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
51
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
27