Rusiyaya məxsus bir cüt Su-30 döyüş təyyarəsi İlan adasını qadağan olunmuş fosfor bombaları ilə bombalayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

“Bu gün saat 18:00 radələrində Bilbek aerodromundan Rusiya Silahlı Qüvvələrinə məxsus bir cüt Su-30 təyyarələri iki dəfə fosfor bombaları ilə İlan adasına hava zərbəsi endirib”, - deyə o bildirib.

“Qalatasaray” “Altay”da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçunun transferi üçün “Altay”a 20 milyon TL ödənilib.

Karataş özü isə qarşıdakı mövsümdə 5 milyon 350 min TL, 2023/24 mövsümündə 6 milyon 750 min TL, 2024/25 mövsümündə 7 milyon 500 min TL, 2025/26 mövsümündə 8 milyon 500 min TL və 2026/27 mövsümündə 10 milyon TL qazanacaq.

Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

PSJ-nin müdafiəçisi Presnel Kimpembe klubu tərk edəcək.

Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı fransalı “Yuventus”la müqavilə imzalaya bilər.

Niderlandlı müdafiəçi Matteys de Liqt Turin klubunu tərk edərsə, Kimpembe karyerasını A Seriyasında davam etdirəcək.

Daha əvvəl 22 yaşlı Matteys de Liqtlə “Çelsi”nin maraqlandığı bildirilirdi.

Kimpembe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 2 qol vurub.

“ASK Arena”nın “Sabah”ın ixtiyarına keçəcəyi tarix məlum olub. “Tələbələr” iyulun 4-dən Bakının mərkəzində yerləşən kompleksə köçməyə başlayacaq. Prosesin mərhələli şəkildə aparılmasında dair razılşama əldı olunub.
Ilkin etapda klubun 19 yaşlılardan ibarət komandası yeni məkanda məskunlaşacaq.
“Şamaxı“ iyunun 25-də Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansında olan idman qurğusunu tamamilə tərk edib.
Əslində, “Şamaxı“lılar mayın 31-də buradan ayrılmalı idi. Sadəcə, yeni məkan axtarışı nəticəsiz qaldığından, onlara əlavə möhlət verilmişdi.
Heydər Əliyev prospektində yerləşən stadion və baza təyinatı üzrə istifadə olunacaq.
Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib.
AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub.
Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.
2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.
Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.
Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.
2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.
Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Azərbaycanın ən oxunaqlı media portallarından biri olan Sportinfo.az saytı müxtəlif təmayüllü təşkilatlar, biznes sturkturları və idman federasiyaları ilə portnyorluğa hazır olduğunu açıqlayır.

Böyük oxucu auditoriyasına malik Sportinfo.az reklam əməkdaşlığı qurmaq istəyən qurum və şirkətlərin təkliflərini gözləyir.

Şərtlərimizlə tanış olmaq istəyənlər bizimlə əlaqə qurmaq üçün:

GM MEDİA REKLAM

Telefon: (055) 278-90-41

E-mail: gmmediareklam@gmail.com

Azərbaycanın ilk veb-təhlil aləti - Metrix.az-da ölkə ərazisində fəaliyyət göstərən saytların reytinq cədvəli müəyyənləşrib.

Sportinfo.az Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycanın milli rəqəmsal media təhlili platformasında yer alıb (https://metrix.az/ratings/).

"Metrix" təhlil platforması 80-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Platforma Sportinfo.az-ın Azərbaycanın ən oxunaqlı idman saytı olmasını göstərir. Sportinfo.az 1,5 milyon səddini keçən yeganə idman saytıdır.

Ümumiyyətlə, Sportinfo.az ölkədə fəaliyyət göstərən bütün online media orqanları arasında ilk "TOP-15"də yer alıb. Reytinq göstəricilərinə görə Sportinfo.az əksər ictimai-siyasi, sosial və mədəniyyət yönümlü saytları qabaqlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov aprelin 29-da keçirilən təqdimat mərasimində müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq, onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, "Qarabağ"dan Zamiq Əliyevi icarəyə götürülüb.

21 yaşlı yarımmüdafiəçinin icarə müddəti 1 ildir.

Gəncə təmsilçisi daha əvvəl “Sabah”dan Samir Məhərrəmlini icarəyə götürüb.

Yaşar Vahabzadəni baş məşqçi postunda saxlayan qərb komandasının Tural Axundov, Elvin Yunuszadəni sıraların qatmasını da xatırladaq.

Laurentsiu Regekampf yeni baş məşqçisi “Neftçi”nin futbolçularına sərt xəbərdarlıq edib.

“Ağ-qaralar”la 2 illik müqavilə imzalayan rumıniyalı çalışdırıcı komandasının üzvlərindən meydanda “yatmamağı” tələb eləyib.

Məşqçi kimi fəalliyyət göstərdiyi 11 ildə 16 klub dəyişmiş mütəxəssis sözünü bakılı oyunçulara belə çatdırıb:

“Mən hücum futbolunu sevirəm. Harada işləmişəmsə, komandamı bu cür oynatmışam.

“Neftçi”də də bu prinsipimə sadiq qalacam. Düz fikirdir ki, ən yaxşı müdafiə elə hücumdur.

Mənim futbolçum meydanda daiç hərəkətdə olmalıdır. Qaçmayan futbolçudan xoşum gəlmir.

Kimsə qaçmayacaqsa, lazım olan anda lazımı yerdə olmayacaqsa, əvvəlcə gəlib mənim yanımda əyləşəcək, sonra isə buradan uzaqlaşdırılacaq.

“Neftçi” iddialı klubdur və hər kəs bu formanın haqqını verməyə borcludur”.

SPORTİNFO.AZ

İtaliya millisinin üzvü Andrea Belotti “Torino”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu Turin təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti bu müddətdə 251 oyuna 113 qol vurub.

Belotti ötən il İtaliya millisi ilə Avropa çempionu olub.

“Barselona”nın baş məşqçisi Xavi Ernandes klubun 4 futbolçusuna yeni mövsümdə onlara ümid bəsləmədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Söhbət mərkəz müdafiəçiləri Oskar Minqes və Samuel Umititi, yarımmüdafiəçi Rik Puçe və hücumçu Martin Braytvaytdan gedir. Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə edib.

“Barselona” ötən mövsmü La Liqanı 2-ci pillədə tamamlayıb.

Həmçinin komanda Çempionlar Liqasının qrup mərhələsinin səddini aşa bilməyib. Avropa Liqasında kataloniyalılar 1/4 final mərhələsində Frankfurt "Ayntraxt"ına uduzub.

Xavi 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır. Onun müqaviləsi 2024-cü ilə qədərdir.

Premyer Liqanın daha bir klubu növbəti mövsümdə I Divizionda təmsil olunmaq istəmir.

Bu haqda Sportinfo.az-a AFFA-dan bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, “Sabah”dan sonra “Qəbələ” də belə bir fikirlə onlarla əlaqə saxlayıb.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” əvəzedici heyətini yenidən formalaşdırmaqda və saxlamaqda promlen yaşamaqları barədə federasiyanı məlumatlandırıb.

Gənclərdən ibarət komandanın əksər üzvlərinin “Turan Tovuz”, “Kəpəz” və digər klublar tərəfindən icarəyə götürülməsini əsas gətirən “Sabah”ın da AFFA-dan yaranmış vəziyyəti nəzərə almasını istəməsini bildirək.

"Məşqdə zədələndim. Çöldə-bayırda dalaşmırıq. Nə olursa, zalda olur".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Orxan Səfərov federasiyanın jurnalistlər üçün təşkil etdiyi beynəlxalq seminarda sualları cavablandırarkən deyib.

O bildirib ki, idmançı uğur qazanmaq üçün məşqlərə ürəklə yanaşmalıdır:

"Bütün medallar tər və qanla yoğrulur. Bütün çətinliklərə dözməyə çalışırıq. Bizə motivasiya verən qələbələrimizdir.

Bir dəfə himnimiz səslənəndə, xəstəlik kimi olur. Çalışırsan ki, hər dəfə bunu edəsən. Xırda turnirlərə də önəm veririk.

Amma nüfuzlu yarışlardan medalsız qayıtmaq çox pisdir. Geri dönüş də önəmlidir. Bunu ancaq güclü xarakteri olan idmançılar edirlər".

31 yaşlı idmançı cüdonun ona ilk növbədə, intizamı öyrətdiyini dilə gətirib:

"Bəzən idmandan uzaqlaşmaq istəyirsən. Amma başqa həyat tərzinə uyğunlaşa bilmirsən. Mənə həyatda hər şeyi cüdo öyrədib.

İdmançı şou ilə yox, nəticələri ilə gündəmə gəlməlidir. Yalançı çempionlar pul verirlər ki, bizdən müsahibə götürün.

Özümü reklam etməkdən uzağam. Gərək hansısa uğurum olsun ki, kiməsə müsahibə verim".

Orxan Səfərov 60 kq çəki dərəcəsində Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, dünya çempionatlarının mükafatçısıdır.

Azərbaycan millisinin "Dinamo"da (Zaqreb) forme geyinən hücumçusu Mahir Emreli doğum gününü qeyd edib.

Sportinfo.az xəbər verir ki, fovardın 25 yaşlı tamam olub. “Dinamo” Mahirin şad gününə biganə qalmayıb.

Zaqreb təmsilçisi sosial media hesablarında Emrelinin fotosunu paylaşaraq ona uğurlar və cansağlığı arzulayıb. Mahir isə paylaşımın şərh bölməsinə "Hvala" (“çox təşəkkürlər”) rəyini yazıb. .

O, ad günündə növbəti yoxlama oyununa çıxıb. Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Yığmamızın üzvü i bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.

Avropa Konfrans Liqasında "Neftçi"nin Rəqibi olan "Aris" hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, iyulun 4-dən 11-dək Sloveniyada təlim-məşq toplanışı keçəcək Kipr klubu 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Limassos təmsilçisi iyulun 6-sı "Slaven Belupo" (Xorvatiya), 7-si "Aris" (Yunanıstan), 10-u Konfrans Liqasında "Qəbələ"nin rəqibi olan "Fehervar" (Macarıstan), 14-ü isə "Dnepr-1" (Ukrayna) ilə qarşılaşacaq.

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.

Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurub.

Millimiz seçmə mərhələdə növbəti oyununu sabah Almaniya komandasına qarşı keçirəcək.

“Ukraynanı çox çətin müharibə gözləyir”.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Baş katibi Aleksey Danilov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqlərindən aldığı hərbi yardım kifayət etmir:

"Biz bütün tərəfdaşlarımıza minnətdarıq və ümid edirik ki, Rusiya ilə paritet əldə olunacaq. Biz çox çətin müharibə ilə üz-üzəyik və ölkəmizi bizdən başqa kimsə müdafiə etməyəcək”.

Daha əvvəl Prezident Volodimir Zelenski Donbasda vəziyyətin ağır olduğunu bildirmişdi. Çünki Rusiya ordusu Ukraynanın şərq rayonlarını məhv etmək üçün bütün texnika və canlı qüvvədən istifadə edir.

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə gənclərdən ibarət millimiz vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, iki qızıl, bir gümüş və iki bürünc medalla 102 xal toplayan və xallara görə öz rekordunu yeniləyən yığma komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Nurəddin Rəcəbov, böyük məşqçi: “Komandanın çıxışı pis alınmadı. Fürsətdən istifadə edib federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, həmin diqqət və qayğının nəticəsidir. Son illərdə ən yaxşı nəticəmizə imza atdıq. İldən-ilə medalların sayı artır, əyarı yüksəlir. Bu da göstərir ki, perspektivli gənclərimiz yetişir. Avqustda dünya çempionatı keçiriləcək. Bu yarış üçün bəzi çəkilərdə dəyişiklik etməyi planlaşdırırıq. Çünki bəzi güləşçilərin çıxışı bizi qane etmədi. Komanda hesabında Avropa çempionu ola bilərdik. İnanıram ki, dünya çempionatında həm medalların sayına, həm də əyarına daha yaxşı nəticə göstərəcəyik. Bir həftəlik istirahətdən sonra təlim-məşq toplanışına başlayacağıq”.

Nihad Quluzadə (55 kq), Avropa çempionu: “Məşqçilərin əziyyəti yerdə qalmadı. Hər birinə təşəkkür edirəm. Federasiya rəhbərliyinə də minnətdaram. Təlim-məşq toplanışları yüksək səviyyədə təşkil olunmuşdu. Bu qələbə bizim üçün böyük motivasiyadır. Avropa çempionatında ilk görüşdə Fransa güləşçisinə 9:0 hesabıyla qalib gəldim. Ukrayna idmançısıyla qarşılaşma çətin keçdi. Ancaq yenə də qalib gələ bildim. Daha sonra alman rəqibimi məğlub edib finala yüksəldim. Finalda isə Rumıniya güləşçisinə tam üstünlüklə qalib gəlib Avropa çempionu oldum”.

Laçın Vəliyev (87 kq), Avropa çempionu: “Yarışa çox yaxşı hazırlaşmışdıq. Şükür Allaha, 5 medal qazandıq. Ukrayna və İsveç idmançılarına qalib gəlib yarımfinala yüksəldim. Yarımfinalda Ermənistan güləşçisini 3:1 hesabıyla məğlub etdim. Finalda eyni hesabla rumıniyalı rəqibimə qalib gələrək Avropa çempionu oldum. Çalışacağam ki, dünya çempionatında da himnimizi səsləndirim”.

Qitə birinciliyində Nihad Quluzadəylə (55 kq) Laçın Vəliyev (87 kq) qızıl, Qurban Qurbanov (72 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.

Millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Polşa “Visla”sı (Plotsk) növbəti yoxlama oyunları keçirib.

Sportinfo.az xəbər verir ki, komanda ölkənin digər klubu "Rakuv"u ilə iki dəfə qarşılaşıb.

İlk matçda "Visla" 0:3 hesabı ilə uduzub. Anton həmin görüşdə 70-ci dəqiqədə meydana daxil olub.

İkinci oyunda isə "Visla" 3:0 hesabı ilə qalib gəlib. Millimizin üzvü 2-ci qarşılaşmada oynamayıb.

"Qəbələ"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, klub "Zalaeqerseq"dən Nikola Serafimovu transfer edib.

22 yaşlı mərkəz müdafiəçisi avrokubokda mübarizə apardığı üçün "Fehervar"ı seçdiyini söyləyib.

Şimali Makedoniya millisinin üzvü Konfrans Liqasında qrup mərhələsinədək irəliləmək istədiklərini bildirib.

"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Qazaxıstan Premyer Liqasında 16-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin şərəfini qoruduğu "Turan" doğma meydanda "Tobol"la qarşılaşıb.

Matç 2:2 hesabı ilə başa çatıb. E.Balayev sözügedən görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.

Hazırda 16 xalı olan "Turan" 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.

Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0.

Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən Soltanova finala yüksəlib. Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Soltanova qızıl medalı boynundan asıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib.

Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq, əsl xarakter göstərən Mərziyə rəqibini "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, komandamız qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla başa vurub.

Nayef Aqerdi "Vest Hem"ə satan "Renn" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Fransa təmsilçisinin əsas transfer hədəfi "Barselona"da çıxış edən Samuel Umtitidir.

Kataloniya klubunun heyətdə düşünmədiyi 28 yaşlı müdafiəçi üçün "Renn" rəsmi təklif göndərib.

Başqa klublardan da futbolçu üçün təklif alan İspaniya nəhəngi Liqa 1 təmsilçisindən cavab vermək üçün vaxt istəyib.

Samuel Umtiti son mövsümdə "Barselon"nın heyətində cəmi 1 matçda meydana çıxıb.