Şirvanda mikroavtobusdan 10 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində "Mercedes" markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.
Araşdırma aparılır.
İran ordusunun generalı Əli Nəsiri İsrail casusu çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.
Bildirilir ki, adıçəkilən general ölkədə bütün yüksək səviyyəli şəxslərin təhlükəsizliyindən cavabdeh imiş.
Məlumata görə, Ə. Nəsiri ilə birgə müxtəlif qurumlardan olan şəxslər də eyni ittihamla saxlanılıb.
"İlk hədəfimiz Azərbaycan təmsilçisini məğlub etməkdir. Hələlik bundan uzağa baxmağa dəyməz. Bu rəqibi məğlub edənədək növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır".
"Report"un məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları ilə bağlı "Nemzetisport"a müsahibəsində deyib.
47 yaşlı mütəxəssis iyulun 21-dək klub nümayəndələrinindən birinin "qırmızı-qaralar"ı təhlil etmək üçün səfərə yollanacağını söyləyib: "Əgər komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik. “Qəbələ”yə qarşı meydana hansı heyəti buraxacağımı indidən deyə bilmərəm. Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir. “Qəbələ” ilə matçın heyətini formalaşdırmaq üçün üç həftə vaxtımız var".
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
İyunun 30-da Medianın İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub. Təlimdə 30-a yaxın media nümayəndəsi iştirak edib.
“Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar ediblər.
Tədbirdə təlim iştirakçılarına büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verilib, müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva media nümayəndələrinə sertifikatlar təqdim ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. BŞİH-nin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.
Sahibkara ciddi xəbərdarlıq edilib. Bir daha həmin sahibkarın diqqətinə çatdırılıb ki, tarixi binada hər hansı tikinti işlərinin aparılması yolverilməzdir.
Azərbaycanda pensiya yaşı tamam olan istənilən şəxs heç bir orqana müraciət etmədən pensiya və müavinətlə təmin edilir.
O bildirib ki, nazirlik elektron pensiya təyinatı sistemini tətbiq edəndən sonra bu proses reallaşıb.
"Biz elektron pensiya və elektron müavinət təyinatı qanunvericiliyini irəli sürəndə çoxları bu sistemin tətbiqinin problemlər yaradacağını, tətbiqin reallaşmayacağını deyirdi. İddia olunurdu ki Azərbaycanda elektron bazalar və məlumatlar kifayət qədər deyil, bu prosesdə səhvlər olacaq. Araşdırmalarımız göstərdi ki, bizim bazada olmayan məlumatların işlənməsinə görə səhv ehtimal 5-7 faizdir. Amma bu faizi təmizləmək 5 ildir. Ona görə də biz qərar qəbul etdik və 2019-cu ildən biz başladıq elektron təyinatları bu sistemi tətbiq etməyə və çıxan səhvləri aradan qaldırdıq. Bu gün bu məsələ reallaşıb. Hazırda fəxrlə deyə bilərəm ki, bu gün 500 min insan pensiya yaşı tamam olan gün heç bir qapı döymədən, heç bir orqana getmədən, heç bir sənəd yığmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ad günü təbriki alır və pensiya təminatı barədə ona məlumat verilir, bu hüququ əldə edir və pensiya ilə təmin edilir.
Amma həmin tətbiqə qədər pensiya yaşı tamam olan şəxs bununla bağlı sənəd toplamağa 3 ay vaxt sərf edirdi. İndi bu problem tam aradan qaldırılıb", - nazir bildirib.
Milli.Az
Ötən il Azərbaycanda körpələrə verilən müxtəlif adlar sırasına br gözəl ad da əlavə olundu. Bir əsgərimiz öz qızına Şuşa adı verdi. Bu xəbərin anonsunu əslində Şuşa səfərimdə mənə divarlar pıçıldamışdı. Divarlara əsgərlərin yazdığı ürək sözlərini oxuyarkən bir döyüşçümüzün "Uşağıma Şuşa adını verəcəm" yazısını görmüşdüm. Azad Şuşanın adını balasına vermək əslində çox böyük anlam daşıyır. Amma balasına digər rayonların adlarını qoyanlar da var. Məsələn, son 5 ildə 4 uşağa Tovuz, 1 uşağa Gəncə, 2 uşağa Quba, 1 uşağa Şəmkir, 1 uşağa Şəki, 335 körpəyə isə Oğuz adı qoyulub. O qədər də pis səslənmir. Torpaq qədər ömürləri olsun.
Milli.Az lent.az-a istinadən bildirir ki, elə adlar var ki, valideyn sanki övladına ad yox, ömürlük utanc verir. Söyüş kimi səslənən adlarımız da var. Qızməmə, Dalaverdi, Momuş, Tak-tak, Türməxanım, Mütü, Dilqat, Pambıq, Qarsalan, Valik, Meyxoş, Drinqilit, Dımba, Girinc, Porsuq kimi adlarla böyüyən uşaq cəmiyyət arasında özünə necə yer tapsın? Heç unutmuram, qonşumuzda Müharibə adlı yaşlı bir qadın yaşayırdı. Müharibə başlayan gün doğulmuşdu deyə, adını belə qoymuşdular. Qadın o qədər davakar idi, "can" deyəndə də tərs anlayırdı.
Ad da bir enerjidir. Adın insan taleyində mütləq şəkildə rolu var. Övladlara verilən qəribə, gülünc adları görəndə bəzi adların verilməsinə dair tətbiq edilən qadağaya haqq qazandırmamaq olmur. Sovet dönəmində sevilən hind kinolarına baxıb valideynlər uşaqlarına Rac, Rita, Zita, Gita kimi adlar qoyurdular. Sonralar gördülər millət bu gedişlə "indeyski" olacaq, əcnəbi adların verilməsi qadağan edildi.
Milli.Az
“Avropa regionunda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib, infeksiyanın yayılması qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir”.
Avtosfer.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.
Onun sözlərinə görə, bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. O əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir.
Hans Klüqe vurğulayıb ki, xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib: “Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”.
Dünyanın ən çox istifadə olunan mesajlaşma proqramı "WhatsApp" yeni funksiyasını sınaqdan keçirir.
Bundan sonra istifadəçilər şəkillərinin müəyyən hissəsini bulanıqlaşdırıb göndərə biləcək. Bəzən şəkillərin müəyyən hissəsini və ya kollektiv fotolarda özümüzü bəyənmirik. Bu zaman yeni funksiyadan istifadə edərək şəkilləri istənilən formada göndərmək mümkün olacaq.
Məlumata görə, yeni xüsusiyyət təhlükəsizliyin təmin olunması üçün tətbiq edilir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.
Milli.Az
Bakıda tarixi memarlıq abidəsinin üzrəində inşa edilən mansart sökülür.
Bu barədə Trend-in sorğusuna cavab olara Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə Bakının Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında baş verib.
"Müəyyən olunub ki, 1880-ci ildə insa edilən tarixi binanın üzərində sahibkar tərəfindən mansart tikilir.
Bakı şəhər İcra Hakimiyyəti məlumat daxil olan kimi dərhal məsələyə müdaxilə edilib və tikinti işləri dayandırılıb. Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları dərhal sahibkara xəbərdarlıq edib və hazırda sahibkarın özü tərəfindən həmin əlavə tikili sökülür. Sahibkara məlumat verilib ki, həmin bina tarixi memarlıq binasıdır və onun üzərində əlavə tikinti aparılması yolverilməzdir", - məlumatda qeyd edilib.
Milli.Az
"Barselona"dan ayrılan Luk de Yonqun yeni klubu müəyyənləşib.
Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu "Sevilya"dan PSV-yə transfer olunub. Lakin oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, De Yonq ötən mövsümü icarə əsasında "Barselona"da keçirmişdi. O, bu müddət ərzində 29 matçda 7 qol vurub və 1 qolun ötürməsini verib.
</meta>