RU

Ümidin namizədi, Qarabağ qazisi təxribatla üzləşib – Ülvi Quliyevin rəqibinin plakatlarını kim cırır?

Ümid Partiyasının 15 saylı Yasamal seçki dairəsindən namizədi Taleh Əliyev təxribatla üzləşib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə namizədin özü bildirib.
Taleh Əliyev deyib ki, onun plakatları təşviqat lövhələrindən qoparılır. “Konkret olaraq 2 saylı Tibb Kollecinin 308 saylı tam orta məktəbin qarşısındakı lövhələrdə bu hallara rast gəlinir. Lövhələrdən mənim plakatlarım ya tamamilə cırılıb yada yarısı qoparılıb. Bu adi xuliqanlıq əməlinə oxşamır”, – deyə namizəd vurğulayıb.
Taleh Əliyevin namizəd olduğu dairədə Milli Məclisin VI çağırış deputatı olmuş Ülvi Quliyev də namizəddir. O, heç bir partiyanı təmsil etmir, bitərəfdir.
Mediada gedən məlumatlardan aydın olur ki, Ülvi Quliyevin bu dəfəki seçkilərdə qalib gələcəyinə şübhə ilə yanaşılır. Çünki o deputat olduğu müddətdə heç nə ilə yadda qalmayıb.
Digər tərəfdən, Taleh Əliyev Ülvi Quliyevin ən ciddi rəqibi hesab edilir. Qarabağ veteranı olması, dairəni tanıması Taleh Əliyevə əlavə üstünlüklər qazandırır.
Bu məlumatlardan sonra Taleh Əliyevin plakatlarının lövhələrdən qoparılması təsadüfi sayılmır.
Lakin Ümidin namizədi hələlik konkret ad çəkmir.Reportyor.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
4
yenigundem.az

5Источники