RU

Qəzza zolağının xəstəxanaları yanacaq çatışmazlığı səbəbindən bağlanır

Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırır. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Əl-Avda xəstəxanasının direktoru Mohamed Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün “yanacaq almazsa, 24 saat ərzində fəaliyyətini dayandıracaq: "Ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdir.

Bundan əlavə, telekanal Fələstin anklavının şimalında yerləşən Kamal Advan xəstəxanasında yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı səbəbindən növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Oxuməni.az

Избранный
8
4
oxumeni.az

10Источники