RU

Yeddi ayda 30 minə yaxın şəxsə əlilik təyin olunub

2024-cü ilin yeddi ayında 29,9 min nəfərə əlilik təyin edilib. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb. 
 
Bildirilib ki, təyin olunan əliliyin 14,4 mini ilkin, 14,5 mini isə təkrar əlilik təyinatı əsasında müəyyən olunub. 
 
2024-cü ilin yeddi ayında ölkədə ailə başçısını itirən 189,8 min nəfərdən çox şəxsə pensiya təyin edilib. 
 
Onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox şəxs isə müavinət alıb.
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 

Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
Gülnar 
 


www.anews.az
Избранный
133
4
anews.az

10Источники