Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu 26 yaşlı Eder Militaonun transferi üçün “Real”a 100 milyon avro təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” artıq bu təklifdən imtina etmək qərarına gəlib. Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu əsas müdafiə oyunçusu hesab etməkdə davam edir.