RU

Binədə 9-cu sinif şagirdləri imtahandan sonra xəbərdarlıq edilmədən məktəbdən uzaqlaşdırılıblar?

Binə qəsəbəsində bir qrup valideyn övladlarının xəbərdarlıq edilmədən 9-cu sinifdən uzaqlaşdırıldığını iddia edir.

Xezerxeber.az xəbər verir ki, Xəzər rayonundakı 292 saylı orta ümumtəhsil məktəbinin bir neçə valideyni bildirir ki, onların övladları buraxılış imtahanını uğurla veriblər. Buna baxmayaraq, övladları direktor tərəfindən məktəbdən kənarlaşdırılıb.

Valideynlərin iddialarına görə, övladları 10-cu sinifdə təhsil aldıqları məktəbdən xaric olunub.

Məsələ ilə bağlı 292 saylı məktəbdən bildirildi ki, iddia edilən məsələ həqiqətə uyğun deyil.

15 avqust saat 15:00-dan etibarən ümumi təhsil müəssisələrinin X siniflərinə elektron sistem vasitəsilə qeydiyyat prosesi başlanılıb. Bu günə qədər valideynlərin elektron müraciəti əsasında məktəbin IX siniflərini bitirmiş şagirdlərin 100 nəfərindən çoxunun X siniflərə elektron qeydiyyatı aparılıb.

Qeyd olunan valideynlər 16 avqustda məktəbə müraciət edib. Onlara qaydalara uyğun olaraq elektron sistem vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunub.

Ətraflı süjetdə:

Binədə 9-cu sinif şagirdləri imtahandan sonra xəbərdarlıq edilmədən məktəbdən uzaqlaşdırılıblar?

Binədə 9-cu sinif şagirdləri imtahandan sonra xəbərdarlıq edilmədən məktəbdən uzaqlaşdırılıblar?

Избранный
67
11
seher.media

7Источники