Binə qəsəbəsində bir qrup valideyn övlarlarının heç bir xəbərdarlıq edilmədən 9-cu sinifindən uzaqlaşdırıldığını iddia edirlər.
Xezerxeber.az xəbər verir ki, Xəzər rayonundakı 292 saylı orta ümumtəhsil məktəbinin bir neçə valideyni iddia edir ki, onların övladları buraxılış imtahanını uğurla veriblər. Buna baxmayaraq övladları direktor tərəfindən məktəbdən uzaqlaşdırılıb.
Onların iddiasına görə, 10-la şagird oxuduqları təhsil ocağından xaric olunub.
Məsələ ilə bağlı 292 saylı məktəbdən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirldi ki, İddia edilən məsələ həqiqətəuyğun deyil.
15 avqust saat 15:00-dan etibarən ümumi təhsil müəsissələrinin X siniflərinə elektron sistem vasitəsilə qeydiyyat prosesinə başlanılıb. Bu günə qədər valideynlərin elektron müraciəti əsasında məktəbin IX siniflərini bitirmiş şagirdlərin 100 nəfərindən çoxunun X siniflərə elektron qeydiyyatı aparılıb.
Qeyd olunan valideynlər16 avqustda məktəbə müraciət edib. Ona qaydalara uyğun olaraq elektron sistem vasitəsilə övladlarını qeydiyyatdan keçirməsi tövsiyə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.