RU

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşlarına ilkin tibbi yardım üsulları öyrədilib

Bakı, 17 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları üçün "Təməl Həyata Dəstək" təlimləri keçirilib. Məqsəd qoruğa üz tutan turistlərin sağlamlığı ilə əlaqədar yarana biləcək təcili hallar zamanı ilkin tibbi yardım üsullarının öyrədilməsi olub.

Bu barədə AZƏRTAC-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Təlim TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, uzman həkim Turan Tahirli və həkim Fəxriyyə Quliyevanın iştirakı ilə keçirilib. Təlimdə muzey baxıcıları və ekspozisiya şöbəsi, mühafizə və bələdçi xidmətləri daxil olmaqla, ümumilikdə 65 əməkdaş iştirak edib.

Turistlər arasında özündəngetmə (huşsuz vəziyyət), nəfəs yollarına yad cisim düşməsi, günvurma, istivurma, qida zəhərlənməsi və s. kimi təcili tibbi yardım tələb edən vəziyyətlər zamanı göstərilməsi vacib olan ilkin tibbi yardım üsulları həm nəzəri, həm də praktiki olaraq təlim iştirakçılarına izah edilib.

İnteraktiv şəkildə davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Избранный
29
4
azertag.az

10Источники