RU

“Yay Fest” öz əyləncəsi ilə davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan gənclərini bir araya toplayan "Yay Fest" uğurla davamedir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayanfestivalın 5-ci düşərgəsi artıq yekunlaşır. Bu il ümumilikdə2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" AzərbaycanRespublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi,COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı,Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatıİctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgətəşkilatçılığı ilə həyata keçirilir.

Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"-in başlıcaməqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlifsahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına köməketməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli vəmaraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələngənclərin şəbəkələşməsinə dəstək olmaqdır.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamınaəsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminəhəmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirəölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilkidüşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi vəCOP29-a həsr olunub.

İyulun 15-dən etibarən başlayan "Yay Fest"in 5-ci düşərgəsigənclər üçün unudulmaz, əyləncəli, yadda qalan və öyrədici olub.Beynəlxalq Gənclər Gününü də özünü əhatə edən düşərgə proqramındagənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafınadəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Həmçinin, “YayFest”in 5-ci düşərgəsində qardaş Türkiyədən olan gənclər də iştirakedib. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindənkeçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekolojimaariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyəməsuliyyətli yanaşmasını təşviq edib. Açıq havada təşkil olunanekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlərgənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçünhər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin,düşərgə iştirakçıları qardaş Türkiyənin gəncləri, müxtəlifbölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraqşəbəkələşmənin vacibliyini bir daha anlayıblar. Gənclər üçünhazırlanmış maraqlı və əyləncəli proqram, onların həm asudə vaxtınısəmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfəverib.

Gəncliyin enerji dolu atmosferi olan "Yay Fest" gənclər üçünəyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları iləzəngindir. 2019-cu ildən bəri təşkil olunan festival 2 ay ərzindədavam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdənibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzularauyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bufestivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulubvə düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılartərəfindən yaradılıb.

"Yay Fest" barədə məlumat əldə etmək, maraqlı, əyləncəliproqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldəetmək üçün "Yay Fest"in "Instagram" (www.instagram.com/yayfest.az/) səhifəsini izləyin.

Ölkənin ən böyük gənclər festivalının bir parçası olmaq,unudulmaz anlarını yaşamaq üçün "Yay Fest"ə qoşulun və əyləncəliyay təcrübəsindən yararlanın!

“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
“Yay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
21
az.trend.az

10Источники