Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın görüntüləri yayımlanıb.
BAKU.WS xəbər ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.
10Источники
baku.wsXankəndidəki Qarabağ Universitetinin yataqxanasından görüntülər - VİDEO ( 9896525) baku.newsQarabağ Universitetində tədris 2 dildə aparılacaq ( 9638309) tehsilforumu.azQarabağ Universitetində tədris 2 dildə aparılacaq ( 9632669) medianews.azQarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq ( 9627581) news24.azQarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq ( 9623834) 7times.azQarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq ( 9623573) 7news.azQarabağ Universitetində rus bölməsi olmayacaq ( 9614696) azadmedia.azQarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq » AzadMedia.az ( 9614006) olaylar.azQarabağ Universitetində rus bölməsi olmayacaq ( 9613822) gundem.azQarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində APARILACAQ ( 9613638)