RU

Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb


Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi mpox (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayının kəskin artdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd edilib.
Bəyanata görə, təkcə son iki ayda ştatda 90-dan çox yeni yoluxma halı qeydə alınıb.
Nazirlik ştat sakinlərini ehtiyatlı olmağa və virusa yoluxma hallarının sayının kəskin artması fonunda xəstəliyin simptomlarından xəbərdar olmağa çağırıb.
“Bu ilin 1 iyunundan Yeni Cənubi Uels ştatında 93 yeni meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb. Halbuki ilin ilk beş ayında yalnız bir yoluxma qeydə alınmışdı”, - nazirlik qeyd edib.
Səhiyyə departamentinin direktoru Ceremi Makanalti Avstraliyada aşkar edilən ştammın digər ölkələrdə, xüsusən də Afrikada tapılan ştamlardan fərqli olduğunu bildirib.
Qeyd edək ki, mpox əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi 1970-ci ildə Konqoda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür və onun insandan insana ötürülməsi ilə ikincil yayılması məhduddur. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 1 ilə 10% arasında dəyişir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Избранный
14
11
yeniavaz.com

10Источники