RU

İlan sancan hamilə qadının həyatı xilas edilib

İlan

Bakı, 15 avqust, AZƏRTAC

İlan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə aparılıb. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

AZƏRTAC xəbər verir ki, xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrində onun intensiv müayinə və müalicəsi həyata keçilib. Müalicələrdən sonra xəstənin vəziyyəti stabilləşib və həyatı üçün təhlükə aradan qaldırılıb.

Gənc hamilə qadının hazırda Toksikologiya şöbəsində müalicəsi davam edir və yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Избранный
37
25
azertag.az

10Источники