RU

İlanın sancdığı 7 aylıq hamilə qadının həyatı xilas edildi - FOTO

İlanın

01.08.2024-cü il tarixində ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

1news.az xəbər verir ki, xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçirilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb.

Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Избранный
39
25
1news.az

10Источники