RU

Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib? — HESABLAMA

2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.



İctimaimedia.az xəbər verir ki, «APA-Economics»in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.



Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.



Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.



Azad edilmiş rayonlar2023-cü ilin I yarısı Min manat2024-cü ilin I yarısı Min manatKəlbəcər344 611,7438 462,2Ağdam134 678,8308 519,5Laçın328 972,3242 400,4Şuşa154 999,2240 303,7Füzuli314 737,7226 459,3Zəngilan155 769,7202 507,7Qubadlı67 651,6173 711,6Cəbrayıl138 505,2165 735,3Xocavənd34 603,726 590,8Xocalı38,124 737,9Xankəndi6 930

Избранный
98
11
ictimaimedia.az

10Источники