RU

Pyer Vaşe: Maks heç kimin bacarmadığını bacarır

Bununla belə, niderlandlı cəmi 26 yaşındadır və onu əsaslı olaraq artıq Formula1 tarixinin ən yaxşı pilotlarından biri hesab edirlər. Maksın hesabında 61 qələbə, 40 poul var və ümumilikdə 199 Qran Prisində 107 dəfə podiumda olub. Ümumiyyətlə, statistika olduqca təsirlidir.

Lakin Red Bull-un texniki direktoru Pyer Vaşe Ferstappeni, hətta avtoidman ulduzları ilə deyil, digər idman növlərinin qəhrəmanları ilə müqayisə etməyə üstünlük verib.

F-1.az xəbər verir ki, Vaşedən Ferstappeni başqalarından fərqləndirən nə olduğunu soruşduqda, o belə söyləyib: “Onu digər idman növlərində çıxış edən bütün əfsanəvi idmançılarla müqayisə etmək olar. Bəzi insanlar başqa heç kimin bacarmadığı şeyləri edə bilirlər. Bilmirəm niyə, amma o buna qadirdir. Bu baxımdan o, Rocer Federer, Maykl Cordan kimidir.

Pilotun vəzifəsi maşının davranışını idarə etməkdir və Maks öz qabiliyyətləri sayəsində başqa heç kimin bacarmadığı kimi sürmək bacarığına malikdir. İlk növbədə bu, ona maşını idarə edərkən eyni zamanda nəyə nail olmaq istədiyini və bunun üçün hansı addımları atmaq lazım olduğunu təhlil etmək üçün beyin resurslarını sərbəst buraxmaq imkanı verir.

Onu mühəndislərə əks əlaqə verməyə maraqlı yanaşması fərqləndirir, çünki o, maşının imkanlarının hüdudunda sürür və onunla başqa heç kimin bacarmadığı kimi işləyir.

Komanda üçün hər iki pilotdan məlumat almaq çox vacibdir ki, biz texnikanın modernləşdirilməsi və onun çatışmazlıqlarının aradan qaldırılması prosesində hansı istiqamətdə hərəkət etməli olduğumuzu başa düşək, çünki sürətli maşın yaratmaq ümumiyyətlə o qədər də çətin məsələ deyil. Pilotun sürətli maşını rahat sürməsini təmin etmək daha çətindir, ona görə də bizim üçün pilotun belə bir maşının sükanı arxasında işinin xüsusiyyətlərini başa düşmək vacibdir…”

Güman etmək olar ki, Vaşe Ferstappen və onun komanda yoldaşı Serxio Peresin nəticələri arasındakı fərqə işarə edir ki, bu da ilk növbədə komandanın maşını yaradarkən və təkmilləşdirərkən məhz Maksa xas olan bu xüsusi üsluba yönəlməsi ilə izah olunur.

Избранный
81
f-1.az

1Источники